Ayətullah Misbah Yəzdi: Şeytanların fitnələri qarşısında müqavimət göstərmək xalqın düşüncə baxımından güclənməsi ilə mümkündür.

Xəbər: 241, tarix: 1389/04/15

Xəbər: 241, tarix: 1389/04/15

Qum Elm hövzəsinin əxlaq müəllimi: “İslam inqilabının yaşaması və şeytanların fitnələri qarşısında dayanmaq cavanların, xüsusilə də institut tələbələrinin düşüncə baxımından güclənməsindən asılıdır.”
Həzrət Ayətullah Misbah Yəzdinin elmi portalının verdiyi məlumata görə, İmam Xomeyni adına Təhsil və Araşdırma institunun rəisi vilayət layihəsi kursunun müəllimləri toplusunda bu layihənin çox bərəkətli olmasına işarə edərək uyğun fəaliyyətlərin İmam Zamanın (ə) nəzərində olmasına ümid etdiyini bildirdi.
O dedi: “Əgər həqiqətən hansısa bir işdə Allahın və ilahi övliyaların razılığı olduğuna arxayın olsaq həmin işi görmək üçün daha çox səy göstərməliyik. Demək, belə işlər çox fəxrlə və heç bir təmənnasız yerinə yetirilməlidir. Çünki ixlas və səy nə qədər çox olarsa, iş bir o qədər bərəkətli olar.”
O institut tələbələrilə mehribançılıq və səmimiyyətin yaranmasını uyğun göruşun müsbət təsirlərindən bilib dedi: “Bu görüş insanın xoşagəlməz işlərə göz yumması və səbir etməsində ona kömək olur.”
Əllamə Misbah Yəzdi ölkədəki bir çox qatışıqlıqların səbəbinin düzgün anlayışın olmaması və səhv nəticə almaqda olduğuna təkidlə işarə edərək davam etdi: “Hələ də İslam inqilabından 31 il keçdikdən sonra fəqihin vilayəti məsələsi ölkəmizin dindar məsul şəxslərinin bir çoxu üçün həll olmamışdır. Bu halda movzu zatən İslam inqilabına biganə  şəxslər üçün necə həll olasıdır?!”
Rəhbərlik Xibrə məclisinin üzvü davam etdi: “Uzun illər xüsusi inqilabçı kimi tanınan, özünü İmam (r) yolunun davamçılarının rəhbəri kimi tanıtdıran, hətta İmam (r) tərəfindən müəyyən postlara, məqamlara məsul şəxs kimi təyin olunan biri bu gün açıq-aşkarcasına “mən imamın vaxtında da fəqihin  vilayətinə etiqadsız idim”, deyir.” 
O, baş vermiş son fitnəyə  işarə edərək davam etdi: “Hələ də bir neçə günlük güc və məqama sahib olmaq üçün fəqihin vilayəti məsələsinə etiqadli olmadıqlarını etiraf etməyənlər mövcuddur.”
Ayətullah Misbah Yəzdi bu şəxsləri İslam və ölkənin düşməni bilmək lazım olmadığına işarə edib, uyğun şəxslərin bu məsələyə əqidəsizliyini onlar üçün fəqihin vilayəti məsələsinin həll olmamasında bilib, dedi: “Hələ də bir çoxlarının fikrincə, həzrət İmam (r) öz agahlığı nəticəsində xalqa rəhbərliyi öhdəsinə götürə bildi və çıxışlar, cəbhələr, elanlar, daha sonra sürgünlər onun bir qəhrəman kimi tanınması üçün zəmin yaratdı və fəqihin vilayəti xalqın ona verdiyi hədiyyə idi; lakin qəlb etiqadına görə fəqihin vilayəti əsasında hərəkət edənlər və İslam hökumətinin şəriliyini, qanuniliyini fəqihin vilayətinə bağlı bilənlər olsun ki o qədər də çox deyillər.”
O vilayət layihəsi müəllimlərinin mühüm vəzifələrindən birini fəqihin vilayəti anlayışının və onun əsaslarının düzgün izah olunmasında bilib dedi: “Hesab edirəm ki, bu layihədə iştirak edənlərin 80 faizindən çoxu bu prinsiplə əsaslı şəkildə tanış oldular. Bu isə böyuk müvəffəqiyyətdir.”
Əllamə Misbah Yəzdi qeyd etdi: “İnqilabın yaşaması və şeytanların fitnələrilə mübarizə cavanların, xüsusilə institut tələbələrinin düşüncə baxımından güclənməsindən aslıdır. Çünki bu şəxslər cəmiyyətdə böyük təsirə malikdirlər.” O, bu layihənin ötən illərdəki bərəkətlərinə işarə edərək dedi: “Hələ ölkənin məsul şəxsləri bu layihənin əhəmiyyətindən xəbərsizdirlər. Bu isə bizim məsuliyətimizi neçə qat artıq edir. Əgər onlar xəbərdar olsaydılar, öz proqramları və köməkləri ilə uyğun layihənin təşkilatçılarının çiynindəki yükün bir hissəsini götürmüş olardılar. Lakin hal-hazırda bu çatışmamazlıqlar sizin zəhmətlərinizlə aradan götürülməlidir.”
Ayətullah Misbah Yəzdi xatırlatdı:  “Bu iş ölkənin siyasi vəziyyətində heç bir islahata səbəb olmasa da, hansısa bir institut tələbəsini iyirmi gün ərzində dinlə tanış etmək özü böyük və çox- çox dəyərli bir işdir.”
Elmi hövzənin əxlaq müəllimi əməllərdə ixlasın zəruriliyinə yenidən təkidlə işarə edərək, dedi: “Uyğun nöqtələrə diqqət yetirmək, bu işləri ixlasla yerinə yetirməyimiz üçün qəlb hazırlığına səbəb olur. Bu isə digər işlərimizi də ixlasla yerinə yetirməyimiz üçün bir məşq olur. Bu, Allahın bizə əta etməsinə ümidvar olduğumuz ən böyük mükafatdır.”
Qeyd edək ki, bu mərasim Tir ayının 13-ü Qumun İmam Xomeyni adına Təhsil və Araşdırma institutunun mərasim salonunda keçirilib.

آخرین محتوای سایت

کتاب صوتی «آیین پرواز» منتشر شد.
کتاب صوتی «آیین پرواز» در پایگاه اطلاع‌رسانی آثار حضرت‌آیت‌الله مصباح یزدی رضوان‌الله علیه بارگذاری...
راهکارهایی برای تهذیب و خودسازی
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِیم الْحَمْدُ للهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلَوةُ وَالسَّلامُ...
اقسام خدمات ممکنِ پزشکان به جامعه بشریت
بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِیم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلاَةُ وَالسَّلامُ...
ارزش واقعی لحظات زندگی
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم الْحَمْدُللهِ رَبِّ الْعَالَمِینَ وَالصَّلَوةُ وَالسَّلامُ...
تحصیلات دینی خواهران؛ ضرورت‌ها و موانع
بسم الله الرّحمن الرّحیم الحمد لله ربّ العالمین و صلّی الله علی سیّدنا محمّد وآله الطّاهرین...
القرآن الكريم دواء أصعب الأمراض
بسم الله الرحمن الرحيم الحمد لله ربّ العالمين وصلّى الله على سيّدنا محمّد وآله الطاهرين. اللهُمّ...