Ayətullah Misbah Yəzdi: Mədəniyyətlə bağlı bütün problemlərin kökü bəzi məsul şəxslərin islami dəyərlər və inanclara dərin etiqadlarının olmamasındadır.

Xəbər: 245, tarix: 1389/05/13

Xəbər: 245, tarix: 1389/05/13

Rəhbərlik Xibrə Məclisinin üzvü cəmiyyətimizdəki inqilabi hərəkətin tənəzzülə doğru getməsinə işarə edərək, dedi: “Gərək bir tərpəniş, başqa sözlə bir mədəniyyət inqilabı yaransın. Çünki bizim inqilab əslində mədəniyyət inqilabı idi. Lakin islami mədəniyyət sahəsində fəallığın olmamasından əlavə inqilabi qüvvələr də bu zəmində tənəzzülə uğramışdır.”
Həzrət Əllamə Misbah Yəzdinin elmi portalının verdiyi məlumata görə, İmam Xomeyni adına Təhsil və Araşdırma institutunun rəisi Müəllim-hazırlıq institutunun idarə heyətilə görüş zamanı islami baxışın ən əqli baxışlardan olmasına təkidlə işarə edərək dedi: “İnsan şəxsiyyətinin ən mühüm yönü onun əqidələri və inandığı dəyərlərə bağlıdır. Əgər insan şəxsiyyətinin bu yönü ondan alınarsa insanla  heyvan arasında mühüm və əsaslı fərq qoymaq çətin olar.”
O davam etdi: “Digər varlıqların əksinə olaraq insan öz seçimi ilə kamilliyə doğru getmək üçün yaradılmışdır. Bu kamillik yalnız Allahla əlaqə sayəsində hasil olur. Hətta maddi həyatın davamlı olması və digər məsələlər də bu hədəfə çatmaqdan ötəridir.”
Ayətullah Misbah Yəzdi İslam inqilabında məqsədi də uyğun kamilliklə yanaşı bilib, dedi: “Təəssuf ki, mədəniyyət fəaliyyətlərinin (daha dəqiq  desək əqidələr və dəyərlərin) gedişinə nəzər saldıqda bir eniş görürük. Yəni mədəniyyət inqilabı təşkilatının təsis olunduğu dövrdən baş vermiş son fitnəyədək mədəniyyət sahəsində bir eniş görünür.
Baxmayaraq ki, son zamanlar Allah bəzi şəxslərə bu tənəzzüldə bir yüksəliş yaratmaq üçün tövfiq verdi. Lakin biz hələ inqilabın başlanğıc nöqtəsinə də çatmamışıq.”
O, həzrət İmamın (r) mədəniyyət sahəsində  təkidlərinə işarə edərək, bu sahədə dəyişikliklərə ehtiyacın zəruriliyini qeyd edib, davam etdi: “Bu dəyişikliyin tez bir zamanda baş verməsini gözləmək olmaz. Bu dəyişiklik tədricən, münasib proqramlar əsasında gerçəkləşməlidir. Dəyişikliyin yaranma müddəti cəmiyyətdə baş verən hadisələri dərk edib, dəyişiklik üçün mövcud  yolları tanımaqla yanaşı hazırlanmış düzgün proqramla müyəssər olasıdır.”
O, cəmiyyətimizdəki inqilabi hərəkətin tənəzzülə doğru hərəkət etməsinə işarə edərək, davam etdi: “Gərək bir tərpəniş, başqa sözlə, bir mədəniyyət inqilabı yaransın. Çunki bizim inqilabımız əslində mədəniyyət inqilabı olmuşdur. Lakin düzgün İslam mədəniyyəti sahəsində fəaliyyətin olmamasından əlavə inqilabi qüvvələr də bu sahədə tənəzzül etmişlər.”
Əllamə Misbah Yəzdi nümunə olaraq Müəllim-hazırlıq institutunun ali hədəflərlə təsis olunmasına, sonraki tənəzzül və geriləməsinə işarə edib dedi: “İnstitutun və inqilabın otuz illik təcrübələri, həmçinin təhlükə zəngini çalan son fitnə nəzərə alınaraq həmin hədəflərə (insitutun hədəflərinə) uyğun qanunlar təyin olunmalıdır.”
Əllamə Misbah Yəzdi mədəniyyətlə bağlı bütün problemlərin kökünü məsul şəxslərin din və islami dəyərlərə möhkəm əqidələrinin olmamasında bilib xatırlatdı: “Bəzən fəqihin vilayətinin adı çəkilir, lakin onun həqiqi mənası dərk olunmur, bəzən də İslam xalqın xoşuna gələcək formada tanıtdırılır, lakin bu İslamın mövqesini zəiflədir.”
O, ölkənin və məsul şəxslərin hazırkı mədəniyyət fəaliyyətlərinin gedişatı ilə  bağlı xəbərdarlıq edərək, bildirdi: “Gələcəkdə bu gün dəyərli qüvvələr kimi tanıdığımız fərdlər vasitəsilə daha güclü fitnənin yaranması qəribə deyil. Necə ki, son fitnədə iştirak edənlər əvvəllər baş nazir, prezident və milli məclisin sədri olmuş şəxslər idilər.”
O, dinin cəmiyyətdə, xüsusilə cavanlar və institut tələbələri arasında öz rəngini itirməsinə işarə edərək, davam etdi: “Bu cavanlar gələcəkdə məmləkətin ixtiyar sahibləridirlər. Əgər dindar və inqilabçi olmasalar inqilab zəifləyəsidir.”
Qum İmam Xomeyni adına Təhsil və Araşdırma institutunin rəisi institutun hədəflərinə uyğun proqramın hazırlanmasına təkid edib, Müəllim-hazırlıq institutunun idarə heyətinə muraciət etdi: “Siz deyə bilərsiniz ki, bu iş mədəniyyət inqilabının ali şurasının öhdəsindədir və bizə aidiyyatı yoxdur. Lakin yaranmış vəziyyət qarşısında biz hamımız məsuliyyət daşiyırıq. Siz təkliflər və layihələr irəli sürməklə, məqalə və kitab yazmaqla və ya öz çıxışlarınızla nəzərlərinizi elan edə bilərsiniz. Ümumiyyətlə institutlarda əsaslı dəyişikliyin yaranmasının başlanması Müəllim-hazırlıq institutunda baş verəcək islahatlara bağlıdır. Çünki inqilab və İslama əqidəli müəllimlər olmasa islami institutlar formalaşası deyil. “
O, mədəniyyət işçilərinin inqilabın qələbəsində ən təsirli amil olduğunu qeyd edib dedi: “İnqilab üçün xidmət edən ən yaxşı qüvvələr institutlar və təlim-tərbiyə mərkəzlərindən olub. Bu gün də əgər hansısa bir islahat baş verməlidirsə, gərək mədəniyyətlə bağlı olanlar tərəfindən gerçəkləşsin.”
Əllamə Misbah Yəzdi bu gün əlimizdə olanların şəhidlərin qanının bərəkəti olmasına və şəhidlərə borclu olduğumuza işarə edərək, davam etdi: “Müəyyən imkansızlıqlardan qorxmaq lazım deyil. Yoxsa keçmişdə imkansızlıqlar yox idi?! Bu yolda məsuliyyət hissi ilə çalışmalıyıq və hazırkı dövlətin mədəniyyət və dinə daha çox meyilli olmasından istifadə etməliyik.”
Rəhbərlik Xibrə Məclisinin üzvü davam etdi: “Həmd olsun Allaha, bu gün mədəniyyətlə bağlı sıxıntıların əleyhinə olaraq cavanlarımız yaxşı ruhiyyədədirlər. Onların etikaf məclislərində, Cəmkəran məscidində və dini mərasimlərdə iştirakları yaxşı ruhiyyədə olduqlarını sübut edir. Bəzilərinin xoşagəlməz zahirlərinə baxmayaraq, uyğun mərasimlərdə iştirakları pak və saf qəlblərinin olmasından xəbər verir. Belə cavanlar müəllim tərəfindən kiçik bir nəsihətlə həqiqi yola qədəm qoya bilərlər.”
Ayətullah Misbah Yəzdi sonda dedi: “Daim dövlətin nəsə etməsi intizarında olmamalıyıq. Gərək lazım olan işlərə özümüz başlayaq. Fəaliyyətlərimiz təsirli olduğu halda dövlətin də bizi himayə etməsi mümkündür.”