Mənəvi tapıntıları aşkarlamaq

پرسش: 

İnsan mənəviyyatı ilə bağlı olan məsələləri dostları ilə hansı həddə bölüşə bilər?

پاسخ:

Fikrimcə insan mənəvi baxımdan əldə etdiyi bəzi nailiyyətlərini (məqsədim qeybi məsələlər deyil) uyğun məsələlərin onlara açıqlanması üçün hazırlıqlı olan dostlarla bölüşüb, onların təcrübələrindən istifadə edərsə, bu, insanın inkişafında, həmçinin iradəsinin möhkəmlənməsində təsirli ola bilər. Lakin başqa bir tərəfdən bu işin insanı riya tələsinə salıb, onun bütün əməllərini puç edə bilməsini güman edirəm. Xahiş edirəm mənə yol göstərəsiniz.

◊◊◊ Qeyd etdiyiniz kimi bu növ məsələlərin açıqlanmasında insan üçün riya təhlükəsi mövcuddur, təqvalı şəxs belə hallarda ehtiyatlı olmalıdır. Lakin bu kimi mövzuların açıqlanması tam şəkildə tərk olunmamalıdır. Demək, insan niyyətini xalısləşdirməyə çalışmalı və yalnız başqalarının mənafeinə xatir nəyisə açıqlamalıdır. Eynən infaq və sədəqə kimi: bəzən başqalarını həvəsləndirmək üçün aşkar sədəqə vermək faydalı olur.
“Bəqərə” surəsinin 271-ci ayəsində deyilir: “Əgər sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir. Və əgər onu yoxsullara gizli şəkildə versəniz bu sizin üçün daha yaxşıdır və günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır.”
“Rəd” surəsinin 22-ci ayəsində oxuyuruq:” Və o kəslər ki, rəblərinin razılığını cəlb etmək üçün səbr etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları uzaqlaşdırdılar bu dünyanın sonu onlar üçündür.”