Batil iddia

Batil iddia

Bismillahir-Rəhmanir-Rəhim
Qarşınızdakı yazı Ayətullah Misbah Yəzdinin (sayəsi üzərimizdən əskik olmasın)1/8/87 tarixində böyük rəhbərlik məqamının dəftərxanasındakı söhbətindən seçmələrdir. Ümid edirik ki, bu tövsiyələr bizə hidayət və səadət yolunda işıqlı çıraq olacaq.
Batil iddia
Dini baxımdan bütün dəyərlərin əsası Allaha imandır. Hətta başqa dəyərlərin təsirli olması şərti Allaha imanın varlığıdır. Bunun qarşısında bütün dəyərsizliklərin əsası Allaha küfr və ilahi ayələrin təkzibidir. Biz bu barədə eşidərkən bir növ qurura düçar olmağımız üçün şərait yaranır. Tez şeytan vəsvəsə edir ki, Allaha həmd olsun ki, imanımız var və bir problemimiz yoxdur. Biz kafir deyilik və nicat əhliyik. Bu bir həqiqətdir ki, Quran onu təkidlə bildirir. Bir dəstə vardır ki, dəyər və ya kamilllik iddiasındadır. Ancaq onların bu iddiasında həqiqət yoxdur. Bəzən hansısa bir dəstə dünya mənfəətinə görə yalan iddia edir.
إِذا جاءَكَ الْمُنافِقُونَ قالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللّهِ
منافقون / 1
Bunlar gəlib deyirlər: Şəhadət veririk ki, sən Allahın peyğəmbərisən. Əlbəttə, Allah bilir sən onun peyğəmbərisən. Amma (Allah şəhadət verir ki, həqiqətən münafiqlər yalançıdırlar) bunlar yalandan belə bir iddia edirlər.
Biz Əmirəlmöminin şiələri iddia edirik ki, şiəyik, həqiqətən də Əlini (ə) sevirik. Amma görən doğrudan da Əlinin (ə) şiələriyik? Bu o yerlərdəndir ki, şeytan insanı aldadır və deyir: Allah şiələrin günahını rahat bağışlayacaq. Buna görə də narahat deyilik. Buna oxşar məsələ Seyyidül-Şühədaya (ə) məhəbbət, əzadarlıq və o həzrətə ağlamaq barəsində də nəql olunur. Belə yerlərdə münasib olar ki, insan Əhli-beytin (ə) öz rəvayətlərinə və təlimlərinə müraciət etsin. Görəsən biz ancaq Əmirəlmöminini (ə) qəbul etməklə şiə oluruq? Şiə barəsində bütün fəzilətlər bizim barəmizdə də sadiq olurmu? İnsan rəvayətlərə müraciət edən zaman görür ki, məsələ belə deyilmiş. Bizim çoxumuz şeytana aldanır. Amma etdiyimiz iddiaları isbat edə bilmirik. Deyirlər əgər düz deyirsizsə imtahana çəkilməlisiniz ki, əlaməti sizdə zahir ola. İndi bəzi rəvayətləri nəzərdən keçirməklə böyük Məsumlarımızın şiələrdən nə intizarında olduğların görmək istəyirik.
Bizim böyüklərimiz bu rəbayətləri toplayıblar. Onlardan biri Biharul-Ənvarın 65-ci cildinin 19-cu babıdır. Babın adı belədir: “Şiəliyin sifətləri, növləri və şiəliklə qürurrələnməyin məzəmməti”.
Əvvəl vaxtda namaz
عَنْ هَارُونَ عَنِ ابْنِ صَدَقَةَ عَنْ أَبِی عَبْدِ اللَّهِ (ع) قَالَ امْتَحِنُوا شِیعَتَنَا عِنْدَ مَوَاقِیتِ الصَّلَوَاتِ كَیْفَ مُحَافَظَتُهُمْ عَلَیْهَا
بحارالأنوار، ج 65، ص 149، باب 19
Yuxarıdakı hədisdə buyurulur: Əgər kiminsə şiə olub-olmamasını bilmək istəyirsinizsə, onu imtahana çəkin. İmatahan növlərindən biri budur ki, baxın görün namaz vaxtına yaxşı riayət edir, yoxsa namaz vaxtı iş-güc ardıncadı. İkinci imatahan növü isə budur:
إِلَی أَسْرَارِنَا كَیْفَ حِفْظُهُمْ لَهَا عِنْدَ عَدُوِّنَا
Bu məsələ xüsusən iki Sadiqin (ə) zamanında çox əhəmiyyət daşıyırdı. Bəni-Abbas siyasi və ictimai vəziyyətdən daha çox istifadə etmək üçün Əhli-beytin (ə) tərafdarı adı ilə Bəni-Üməyyənin əleyhinə qiyam qaldırdı. Əbu-Müslim Xorasaninin rəhbərliyi altında olan Xorasan şiələrindən xüsusi sui-istifadə etdilər. “Biz özümüz də Əhli-beytdənik və Əhli-beyti himayə edirik”, deyərək meydana girib, xalqın çoxunu bu yolla aldatdılar. Hökumətə çatıb güc əldə etdikdən sonra Bəni-Üməyyənin belə görmədiyi işləri gördülər. Bu şəraitdə elə bir vəzyət yarandı ki, Şiəliyin varlığı təhlükəyə düşdü. İmam Baqir (ə) və İmam Sadiq (ə) ilahi tədbirlə şiəliyin əsasını və varlığını hifz etməyə calışdılar. Şiəliyin hifzinə səbəb olan təlimlərdən biri təqiyyə idi. Yəni şiələr düşmən qarşısında öz etiqadlarını aşkar etməzdilər. Əgər şiələr tanınsaydılar da, bu halda düşmənlərə müxalifətçiliklərini izhar etməzdilər. Əhli-beyt (ə) özü belə davranır, şiələrə də bu rəftarı təlim edirdi. Düzdür o həzrətlərin xüsusi şagirdləri var idi və onları məhrəmanə tərbiyə edib, həqiqətləri onlara deyirdilər. Amma təkidlə tapşırırdılar ki, başqalarına danışmasınlar. Təqiyyə və Əhli-beytin (ə) sirrini gizli saxlamaq həyati bir məsələ idi. Əgər bunlar olmasaydı mən və siz bu gün şiəlik və Əhli-beytdən bir şey bilməzdik. Mən bu məsələləri araşdırmalardan deyirəm. Şüar deyil. Şiəliyin aləmdə qalması təqiyyənin bərəkəti və Əhli-beytin (ə) bu yönümdəki göstərişləri ilə həyata keçdi.
Deyirlər: Şiələri tanımaq yollarından biri budur ki, görün bizim sirlərimizi hifz edirlər ya yox? Dözümsüzlükdən sirlərimizi faş edib sirr verirlər və şiələrimizin qanının tökülməsinə, şiəliyin aradan getməsinə bais olurlar, yoxsa yox?
“Məvasat”
Üçüncü məsələ budur ki, ehtiyaclı dostlar ilə necə davranırlar? Digər qardaşları öz mallarına şərik bilirlər? Öz mülklərini onların ixtiyarında qoyub onların ehtiyaclarını aradan qaldırırlar? Ərəb dilində özünəməxsus bir bəyan var ki, dilimizdə onun sinonimi yoxdur və bu söz “məvasat”dır. “Məvasat” “müsavat” deyil. “Məvasat” yəni insanın əli, ürəyi açıq ola və ondan istəyi olan kəsləri özü kimi bilə. Elə düşünə ki, mal və digər sahibi olduğu şeylər həm dostları üçündür. Sanki başqalarını da öz mülkünə sahib bilir. Və bu mülkü ehtiyaclarını ödəmək üçün onların ixtiyarında qoymağa hazırdır. Mülkünü ehtiyaclılara əsirgəməsin.
Hətta bəzi rəvayətlərdə şiələrə xitabən buyurulur: Malınızı daha çox özünüzə sərf etmək istəyirsiz, yoxsa dostlarınıza? Şiə şəxs qardaşlarına münasibətdə “məvasat”lı olmalıdır. Onları öz malına şərik bilə və Allahın ona verdiyi nemətlərdə digərlərin şərik edə. Bu şiəlik əlamətlərindəndir. Rəvayətdə şiəliyin üç əlaməti zikr olunub. İkinci əlamət daha çox o zamanda mühüm olub. İndiki zamanda və xüsusi ilə ölkəmizdə (İranda) o zamankı növ təqiyyəyə ehtiyac yoxdur.
Əgər Əbuzər bilsəydi!..
Sirri gizli saxlamaq bir mənada həmişə lazımlıdir. İman və Əhli-beytə (ə) mərifətin mərtəbələri var. Coxlarında bu mərtəbələri qəbul etməyə taqət yoxdur. Belə mərtəbələri hər kəsə demək olmaz. Çünki insanlar düzgün anlamır və onların çaşmasına səbəb olur. Bir gün həzrət peyğəmbər Əliyə (ə) baxarkən buyurdu: Əgər nəsranilərin İsa barəsində deyəcəklərini xalqın Əlinin (ə) barəsində deməsindən qorxmasaydım Əlinin (ə) fəzilətlərini aşkar bəyan edərdim. Öz dilimizlə desək ola bilərdi ki, Əlini (ə) ilahı edələr. Elə fəzilət və məqamlar var ki, hətta Əbuzər kimisi də onları dərk edə bilmir.
لَوْ عَلِمَ أَبُوذَرٍّ مَا فِی قَلْبِ سَلْمَانَ لَقَتَلَه
بحارالأنوار، ج 2، ص 190، باب 26، «أن حدیثهم(ع) صعب مستصعب
Hətta şiəliyin əsası olan vilayət və İmamət məsələsi də aşkara deyilməməli idi. Yoxsa şiələrin kökünü kəsərdilər. Daha çox o zamana məxsus olan bu əlamətdən başqa yerdə qalan iki əlamət bizim üçün çox mühümdür. Biri namaz məsələsi və o birisi mal-mülkdə “məvasat”. Gərək nəzərə alaq ki, din övliyaları, Əhli-beytdən (ə) olan böyüklərə məhəbbət iddiasında olan bizlərdən onların nə intizarı varsa özümüzü bu intizarlara tətbiq edək.
Solğun bənizli, arıq və susuzluqdan dodaqları çartlamışlar
Əmr ibn Əbil-Miqdam də bu barədə bir necə rəvayət nəql edib. Bu ondan nəql olunanların qısasıdır:
عَنْ عَمْرِو بْنِ أَبِی الْمِقْدَامِ عَنْ أَبِیهِ قَالَ قَالَ لِی أَبُو جَعْفَرٍ(ع) یَا أَبَا الْمِقْدَامِ إِنَّمَا شِیعَةُ عَلِیٍّ(ع) الشَّاحِبُونَ النَّاحِلُونَ الذَّابِلُونَ
بحارالأنوار، ج 65، ص 149، باب 19
İmam Baqir (ə) buyurur: Bizim şiələrimizin əlamətləri var: Birinci əlamət bu ki, onlarla üz-üzə gələn hər kəs rənglərini qaçmış görər. “Şaheb”, yəni rəngi qaçmış. Sonra buyurur: Arıqdırlar, (Ənnahilun). (Əzzabilun), Dodaqları qurudur. (Zabilətun şifahuhum, xəmisətun butunuhum) Qarınları ac, dodaqları quru və bir-birinə yapışmışdır. (Mutəğəyyirətun əlvanuhum musfərrətun vucuhuhum) Rəngləri qaçıb və sifətləri saralıb. Necə belə olublar?
Mümkündür bu rəvayəti eşidən bəzi qəlbi pak, sadə gənclər calışalar ki, aclıq və yuxusuzluqla arıqlayıb, saralıb “şiə” olsunlar. Nəzərdə saxlayın ki, bu sifətlər əksəriyyətə aiddir. Bu vəsflər özü məqsəd deyil. Rəngin qaçması özü dəyər sayılmır. Şiələrin rəngələri bunun üçün qacıb ki, onlar gecə ibadət edib sübh tezdən qalxırlar. Məqsəd budur ki, şiələr sübh tezdən yuxudan qalxır və qarınqulu deyillər ki, daim yemək fikrində olalar. Yəni bunlar qarına qulluq əhli deyillər və ancaq lazımi həddə Allahın nemətlərindən istifadə edirlər. Bu nöqtə bizim zehnimizə o qədər uzaqdır ki, eşidəndə bəlkə də təəccüb edərik. Bəndənin bu rəvayətləri seçib oxumasına səbəb bu oldu ki - əlbəttə məlum deyil ki hansına əməl edəcəyik - amma ən azı bu rəvayətləri bilək. Bilək ki, Əhli-beyt (ə) nəyi bəyənirdi və necə düşünürdü.
إِذَا جَنَّهُمُ اللَّیْلُ اتَّخَذُوا الْأَرْضَ فِرَاشاً
Hava qaralan vaxt biz neyləyirik? Çoxu elə hava qaralan kimi gəzməyə çıxır, gecə gəzintisinə. Gecə gəzintisi bugünkü cavanlar üçün adi işlərdən biridir. Çölə çıxmağa təpəri olmayan evdəkilər isə televizorun qarşısında əyləşir. Gecənin sonuna kimi, bu kanaldan o kanala, bu filimdən o biri filmə. Bazar, gəzinti, televizor və bunlar kimi digər işlər. Neçə faiz belə deyil?! Bizim ümumi proqramımız bunlardır. Amma İmam (ə) buyurur: Şiələrimiz hava qaralan vaxt yataqlarına tərəf gedirlər ki, istirahət edələr, sonra öz ibadətlərini davam etdirməyi bacaralar. Qu tükündən hazırlanmış doşək üstündə yatmaq fikrində deyillər.
وَ اسْتَقْبَلُوا الْأَرْضَ بِجِبَاهِهِمْ
Yorğunluqları cıxdıqdan sonra səcdəyə gedib alınların yerə qoyarlar. Allah da öz peyğəmbərinə bələ bir gostəriş verir. Demir uzun cəsdə et. Deyir uzun gecəni səcdə ilə keçir.
وَ مِنَ اللَّیْلِ فَاسْجُدْ لَهُ وَ سَبِّحْهُ لَیْلاً طَوِیلاً
Əsil şiələr gecənin və xəlvət vaxtın intizarindadırlar ki, insanlardan uzaqlaşıb həqiqi məhbublarının sorağına getsinlər.
كَثِیرٌ سُجُودُهُمْ، كَثِیرَةٌ دُمُوعُهُمْ
Onlar çox səcdə edir və cox göz yaşı axıdarlar.
كَثِیرٌ دُعَاوُهُمْ، كَثِیرٌ بُكَاوُهُمْ
Allah ilə uzun raz-niyaz edib çoxlu ağlayır, göz yaşı axıdarlar.
یَفْرَحُ النَّاسُ وَ هُمْ مَحْزُونُونَ
Xalq şadlanmaqla məşğul olarkən onların qəlbləri axirət fikri ilə qəmli olar. Bu fikirdə olarlar ki, nə üçün işimizə lazımınca yanaşmadıq?! Nə üçün insanlar dindən üz ceviriblər?! Niyə islami dəyərlər zəiflədi?! Nə üçün inqilabın əldə etdikləri zəiflədi?
Sizin simanız şiələrin simasına bənzəmir
رُوِیَ أَنَّ أَمِیرَ الْمُومِنِینَ(ع) خَرَجَ ذَاتَ لَیْلَةٍ مِنَ الْمَسْجِدِ وَ كَانَتْ لَیْلَةً
بحارالأنوار، ج 65، ص 150، باب 19
Müsəlmanların proqramı belə idi: Məğrib vaxtı məscidə gəlirdilər və məğrib namazını məsciddə qılırdılar. Evlərinə gedib şam etdikdən sonra yenidən məscidə qayıdıb işa namazınə cəm qılırdılar. Yenidən evlərinə qayıdıb yatırdılar. O vaxt cıraq, işıq və bu cür şeylər yox idi. Buna görə də təbii olaraq tez yatırdılar. Əlbəttə, calışırdılar ki, tez yatıb subh tezdən ibadətlə qalxsınlar. Bir gecə Əmirəlmöminin (ə) işa namazından sonra məsciddən çölə çıxdı və adəti üzrə evə getməliydi. Amma həzrət işıqlı gecədə evə getmədi. Həzrət məhəllələrdən birinə üz tutdu. Şiələr və dostlardan bir dəstəsi həzrətin ardıyca getdi. Həzrət dayandı və üzünü onlara tutub buyurdu: Siz kimsiniz? Dedilər: Biz sizin şiələrinizik. Həzrət onların simasın nəzərdən keçirdi.
ثُمَّ قَالَ فَمَا لِی لَا أَرَی عَلَیْكُمْ سِیَماءَ الشِّیعَةِ
Siz necə deyirsiz ki, biz şiəyik? Mən sizdə şiə əlaməti görmürəm. Sizin simanız şiə simasına bənzəmir... Dedilər, məgər şiədə bizdə olmayan hansı sima, əlamət var?
Həzrət buyurdu: Gecə oyaq qalmaqdan rəngləri saralar. Allah qorxusunun çoxluğu və Allahla görüş şövqündən o qədər ağlayarlar ki, gözləri çuxura düşər. Allah üçün namaz və ibadət etməkdən qamətləri əyilər. Çox orucdan qarınları boş olar, bellərinə yapışar. Çox zikir və duadan dodaqları quruyar. Allaha olan xüzu və xüşudan cöhrələri solğundur. Özlərini bəzəmək fikrində deyillər. Bunlar şiəliyin əlamətləridir. Belə deyilsinizsə şiə olduğunuzu necə iddia edirsiniz?!
Bu rəvayətə oxşar bir rəvayət Əsbəğ ibn Nəbatədən nəql olunub və məlum olur ki, Əsbəğ də həzrətin ardınca gedən dəstədə olmuşdur. Əsbəğ tanınmış bir şəxsdir. O kəsdir ki, İmam Əlinin (ə) ömrünün son günlərində o həzrətdən israrla söz eşitmək istəyirdi. O, Əmirəlmömininin (ə) son anlara kimi xas dotlarından olub. Əsbəğ deyir: Həzrət çölə çıxdı və biz çöldə idik. Həzrət buyurdu: Siz kimsiniz və nə üçün toplaşıbsınız? Dedik ki, biz sizin şiələrinizdənik.
بحارالأنوار، ج 65، ص 151، باب 19
Bəs niyə mən sizdə şiə simasını görmürəm? Əvvəlki rəvayətdə “sufrul-vucuhi minəl-səhər” idi. “Səhər” yəni ayıqlıq. Amma bu rəvayətdə buyurulur ki, “min səlatil-ləyl” uzun gecə namazı qıldıqları üçün rəngləri saralır.
عُمْشُ الْعُیُونِ مِنْ مَخَافَةِ اللَّهِ
Amma orada belə idi: “Umşul-uyuni minəl-buka” Burda isə belə buyurulur: Allah xofu ilə göz yaşı axıtmaqdan gözləri cökəyə düşüb.
کونوا لنا زیناً
عَنْ سُلَیَْمانَ بْنِ مِهْرَانَ قَالَ دَخَلْتُ عَلَی الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ وَ عِنْدَهُ نَفَرٌ مِنَ الشِّیعَةِ وَ هُوَ یَقُولُ
Suleyman deyir ki, İmam Sadiqin (ə) xidmətinə yetişən zaman bir dəstə şiə o həzrətin yanında idi və həzrət onlara belə nəsihət verirdi: “ Bizim üçün zinət, bəzək olun. Bizə xəcalət və adbatıran olmayın. İnsanlarla gözəl danışın və onlarla danışığınız ürəyəyatan olsun. Yaxşı danışın və yaxşılıqla əda edin. Ehtaramla və ədəblə! “Vəhfəzu əlsinətukum.” Bəlkə də (mərhum Məclisinin daha çox ehtimal verdiyi kimi) Həzrətin məqsədi, sirr açmaqdan dili qorunmaqdır. Digər bir məna isə bu ola bilər : Dilinizi deyilməməli bütün sözlərdən qoruyun, yəni dilə aid bütün bəlalardan.
وَ كُفُّوهَا عَنِ الْفُضُولِ وَ قُبْحِ الْقَوْلِ (یا قَبیحِ الْقَوْلِ)
Çox danışmayın və o yerdə ki, bir sözü deyib-deməmək zəruri deyil, artiq danişmayin. Şiələrin əlamətlərindən biri də az danışmaqdır. Danışarkən sözlərinin yaxşı nəticəsi olur, kiminsə hidayətinə səbəb olur. Ya bir moizədir, ya da yaxşı təsirli bir söz; yaxud da ən azı başqalarına xidmət və Allahın razılığı üçündür.
Ümidvarıq ki, Allah-taala bizə Əhli-beyt (ə) maarifini yaxşı öyrənib, daha yaxşı əməl etmək üçün tövfiq verəcək.